20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq karate turniri keçiriləcək
17-01-2020, 16:11. Разместил: heqiqet
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) mətbuat xidmətindən verilən məlumata əsasən, Bakı İdman Sarayında 5-ci açıq beynəlxalq turnirində 12 ölkədən 900-dək idmançı iştirak edəcək.
İran, Rusiya, Türkmənistan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Küveyt, Türkiyə, Mərakeş, Oman və ölkəmizi təmsil edən karteçilər yarışın ilk günü bütün yaş qruplarında kata çıxışlarına qatılacaq. Ertəsi gün 6-11 yaşlı uşaqların kumite çıxışları, bazar günü isə 12-17 yaşlı yeniyetmə və gənclərin döyüşləri keçiriləcək. Yarışı milli hakimlərimizlə birgə, 5 ölkədən 22 beynəlxalq hakim idarə edəcək.
Turnirin təntənəli açılış mərasimi 18 yanvar saat 17:00-da başlanacaq.
Вернуться назад