DataLife Engine > idman > Yaya Ture Braziliya klubuna keçə bilər

Yaya Ture Braziliya klubuna keçə bilər


19-02-2020, 17:32. Разместил: heqiqet Yaya Ture Braziliya klubuna keçə bilər Fil Dişi millisinin sabiq üzvü Yaya Ture karyerasını Braziliyada davam etdirə bilər.
"UOL Esporte" xəbər verir ki,Çində yayılan koronavirusa görə "Çindao Haynyu” klubundan ayrılmağa qərar verən 36 yaşlı yarımmüdafiəçi Braziliya B Seriya təmsilçisi "Botafoqo"nun transfer hədəfindədir. Məlumata görə, klub 3 ay futbolsuz qalan təcrübəli oyunçu ilə bağlı yaxın günlərdə qərar verəcək.
Ture "Olimpiakos"da parladıqdan sonra "Monako", "Barselona" və "Mançester Siti" kimi klublarda çıxış etmişdi.
Daha öncə yaponiyalı Keysuke Honda "Botafoqo"ya keçmişdi.
Вернуться назад