Falkao "Qalatasaray"la bağlı qərarını açıqladı: qalır, yoxsa gedir?
7-05-2020, 08:45. Разместил: heqiqet
Kolumbiyalı ulduz bu barədə məşhur "ESPN" nəşrinə açıqlamasında danışıb.
34 yaşlı futbolçu "Qalatasaray"da qalacağını bildirib: "Türkiyədə çox xoşbəxtəm. Klubumu tərk etmək niyyətində deyiləm".
Falkao Türkiyədə əsas çətinliyinin türk dilini öyrənməyi olduğunu və komanda yoldaşı olan həmyerlisi Fernando Musleranın ona kömək etdiyini bildirib: "Türk dil çox çətin və qarışıqdı. Muslera türk dilini bildiyinə görə mənə kömək edir. Burada atmosfer əladı. Küçəyə çıxdıqda azarkeşlərin isti münasibətini görürsən".
Вернуться назад