Ronaldu “Instagram”dan ən çox gəlir götürən futbolçu oldu - SİYAHI
11-06-2020, 07:54. Разместил: heqiqet
Portuqaliyalı forvardın ümumi gəliri 50,3 milyon dollar təşkil edib. İl ərzində o, sosial şəbəkədə 43 reklam paylaşımı edib və hər biri üçün orta hesabla 1,17 milyon dollar alıb.
Maraqlıdır ki, Ronaldunun "Instagram”dan əldə etdiyi gəlir "Yuventus”dakı qazancından çox olub. Turin klubu ilə müqaviləyə əsasən, o, illik 33 milyon dollar məvacib alır.
İkinci yerdə 30,4 milyon dollar gəlirlə "Barselona”nın argentinalı hücumçusu Lionel Messi qərarlaşıb. İlk üçlüyün sonuncusu hindistanlı kriketçi Virat Kolidir (15,7 milyon).
Reytinqin dördüncüsü ingiltərəli Devid Bekhem (11,6 milyon), beşincisi isə braziliyalı Neymar (8,1 milyon) olub.
Вернуться назад