DataLife Engine > idman > Çempionlar Liqasının final oyunu üçün kağız biletlərin 70 faizi saxta olub

Çempionlar Liqasının final oyunu üçün kağız biletlərin 70 faizi saxta olub


31-05-2022, 06:45. Разместил: heqiqet Çempionlar Liqasının final oyunu üçün kağız biletlərin 70 faizi saxta olub Parisdəki "Stade de Frans" stadionunda "Liverpul" və "Real Madrid" klubları arasında keçirilən Çempionlar Liqasının final oyununa (0:1) satılan kağız biletlərin təxminən 70 faizi saxta olub.
Bu barədə Fransa Daxili İşlər naziri Jerald Darmanen bildirib.
Xatırladaq ki, tamaşaçıların “Stad de Frans” stadionuna gedə bilməməsi səbəbindən oyunun başlaması bir neçə dəfə təxirə salınıb. Oyun 36 dəqiqə gecikmə ilə başlayıb. Polis stadiona girməyə cəhd edən "Liverpul" azarkeşlərinə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Вернуться назад