DataLife Engine > idman > Teymur Rəcəbov FIDE-nin reytinq cədvəlində mövqeyini qoruyub

Teymur Rəcəbov FIDE-nin reytinq cədvəlində mövqeyini qoruyub


1-02-2023, 06:52. Разместил: heqiqet Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
FIDE-nin rəsmi saytına istinadən xəbər verilir ki, Azərbaycan təmsilçisi Teymur Rəcəbov 2747 xalla 11-ci pillədəki mövqeyini qoruyub. Şəhriyar Məmmədyarov bir pillə geriləyərək 2740 xalla 15-ci olub.
Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2852) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2793) ikinci, çinli Liren Dinq (2788) üçüncüdür.
Вернуться назад