"Dinamo" klubunun yarımmüdafiəçisi Şimanski "Fənərbağça"ya transfer olunub
14-07-2023, 11:19. Разместил: heqiqet
Rusiyanın "Dinamo" futbol klubunun yarımmüdafiəçisi Sebastian Şimanski karyerasını Türkiyənin "Fənərbağça" klubunda davam etdirəcək.Bu barədə "Dinamo"nun mətbuat xidməti bildirib.
Bildirilib ki, "Dinamo Moskva" və Türkiyənin "Fənərbağça" klubları polşalı yarımmüdafiəçi Sebastian Şimanskinin transferi ilə bağlı razılığa gəliblər.
24 yaşlı S.Şimanski 2019-2022-ci illərdə "Dinamo"da çıxış edib. O, 85 matçda 8 qol vurub, 17 məhsuldar ötürmə edib.
Вернуться назад