DÇ-2018-in stadionlarının adları açıqlanıb
9-10-2015, 10:42. Разместил: heqiqet
FİFA və Rusiya-2018 Təşkilat Komitəsi arenaların rəsmi adlarını razılaşdırıblar. Stadionlardan 8-nin adı onların yerləşdikləri şəhərlə üst-üstə düşür, qalan 4-ü isə yerli mədəni və futbol aspektləri ilə əlaqəlidir.
Dünya çempionatı və ondan bir il öncə keçiriləcək Konfederasiyalar Kubokunda istifadə olunacaq stadionların adları:
"Yekaterinburq Arena" - Yekaterinburq
"Fişt stadionu" - Soçi
"Kazan Arena" - Kazan
"Kalininqrad stadionu" - Kalininqrad
"Lujniki stadionu", "Spartak stadionu" - hər ikisi Moskva
"Mordoviya Arena" - Saransk
"Nijni Novqorod stadionu" - Nijni Novqorod
"Rostov Arena" - Rostov-Don
"Samara Arena" - Samara
"Sankt-Peterburq stadionu" - Sankt-Peterburq
"Volqoqrad Arena" - Volqoqrad
Qeyd edək ki, dünya çempionatı 2018-ci il iyunun 14-dən iyulun 15-dək keçiriləcək.
Вернуться назад