Almaniya Bundesliqası: “Bavariya” növbəti qələbəsini qazanıb
2-09-2024, 09:08. Разместил: heqiqet
Çempionluğa əsas favoritlərdən sayılan “Bavariya” doğma meydanda “Frayburq”u qəbul edib. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Münxen təmsilçisinin heyətində qolları Harri Keyn və Tomas Müller vurublar.
İlk turda da qalib gələn “Bavariya” 6 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Вернуться назад