Azərbaycanın daha bir idmançısı V Dünya Köçəri Oyunlarında fəxri kürsüyə qalxıb
10-09-2024, 11:15. Разместил: heqiqet
Qazaq güləşi yarışında Eyvaz Baxşıyev (60 kiloqram) həlledici qarşılaşmada qazaxıstanlı Meirzhan Bereketov ilə üz-üzə gəlib.
Rəqibinə uduzan təmsilçimiz gümüş medal qazanıb.
Daha əvvəl Elşən Dünyamalıyev (55 kiloqram) və Ülviyyə Bayramova (52 kiloqram) bürünc mükafata sahib çıxıblar.
Qeyd edək ki, sentyabrın 13-dək davam edəcək yarışlarda Azərbaycan 8 növ üzrə 54 idmançı ilə təmsil olunur.
Вернуться назад