Rauf Əliyevin müalicə xərclərini AFFA ödəyəcək
17-10-2015, 17:15. Разместил: heqiqet
Uzun müddət Azərbaycan milli komandasının heyətində çıxış etmiş forvard AFFA-nın vəsaiti hesabına müalicə alacaq.
Belə ki, Almaniyanın Münhen şəhərində tibbi müayinənin ardından futbolçunu cərrahiyyə əməliyyatı gözləyir. R. Əliyev əməliyyatdan sonra təxminən 10 gün bu şəhərdə qalıb reabilitasiya kursu keçəcək.
Qeyd edək ki, hücumçu Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilmiş "Qəbələ" ilə qarşılaşmanın son dəqiqələrində zədələnmişdi.
Вернуться назад