DataLife Engine > idman > Azərbaycanın iki boksçusu Avropa çempionatında finala vəsiqə qazanıb

Azərbaycanın iki boksçusu Avropa çempionatında finala vəsiqə qazanıb


Dünən, 21:13. Разместил: heqiqet

Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri keçirilib.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, milli komandanın iki idmançısı görüşünü qələbə ilə başa vuraraq finala vəsiqə qazanıb.

Bilalhəbaşi Nəzərov (50 kiloqram) David Zaxari (İsrail) ilə üz-üzə gəlib. Hər 3 raundu aktivinə yazan boksçumuz yekunda 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. Nəzərov finalda Tevfik Akkasla (Türkiyə) gücünü yoxlayacaq.

Nicat Alırzayev (70 kiloqram) Cemal Cemmalı (Fransa) məğlub edib – 4:1 (29:28, 30:27, 30:27, 28:29, 29:28). O, qızıl medal döyüşündə Zviad Tçotçua (Gürcüstan) ilə münasibətinə aydınlıq gətirəcək.

Digər boksçularımızdan Zidan Hünbətovla (55 kiloqram) Məhəmmədəli Aşırəliyev (60 kilqoram) Avropa çempionatını bürünc medalla başa vurublar.

Qeyd edək ki, final döyüşləri noyabrın 24-də olacaq.


Вернуться назад