El Klassikoda Messi şoku
3-11-2015, 18:07. Разместил: admin
Argentinalının "Real"la oynanılacaq "El Klassiko"da iştirak edib-etməyəcəyi dəqiqləşib.
Zədədən əziyyət çəkən Messinin yaxşılaşması gecikdiyi üçün onun dünyanın diqqətində olacaq matçda oynamayacağı məlum olub. Bu barədə İspaniyanın məşhur “Marca” idman qəzeti məlumat yayıb.
Futbolçunu müayinə edən həkimlər bir müddə əvvəl Lionel Messinin noyabrın 21-də La Liqanın XII turu çərçivəsində “Santyaqo Bernabeu”da "Real"a qarşı keçiriləcək oyunda iştirak edəçəyini bildirmişdi. Dünən keçirilən təkrar müayinə futbolçunun hələ bir müddət bərpa prosesinə davam etməli olacağını göstərib.
Messi sentyabrın 26-da “Nou Kamp” stadionunda ölkə çempionatının “Las-Palmas” klubuna qarşı keçirilən oyunda dizindən ağır zədələnmişdi. Futbolçunun dekabrın əvvəllərində klubla birgə məşqlərə başlayacağı gözlənilir.
Вернуться назад