Güləşçilərimiz 9 medal qazandılar (VİDEO
30-11-2015, 09:48. Разместил: heqiqet Komandamız “Qızıl Qran-pri” turnirinin qalibi olub.
Yunan-Roma güləşçilərimiz “Qızıl Qran-pri” turnirinin qalibi oldular.Yunan-Roma güləşçilərimizin “Qızıl Qran-pri” turnirinin finalında 9 medal qazanıb. 9 medaldan ikisiin əyarı qızıldır. İlk olaraq Şalva Qadabadze adını turnirin baş mükafatçıları sırasına yazdırıb. Qadabadze çəkisi 85 kq-dəyərində olan güləşçilərin finalında iranlı Mehdi Aliyarifeuzidən üstün olub. Güləşçimiz rəqibinin qayda pozuntuları fonunda xal qazanmağla turnirin qalibi olub.
Yunan-Roma güləşçilərimizə komanda hesabında birincilik gətirən qızıl medal isə 130 kq çəki dərəcəsində güləşən Sabah Şəriətinin hesabındadır. Finalda qazaxıstanlı Nurmakhan Tinaliyev ilə güləşən Şəriəti ilk hissədə hesabda geri düşsədə, sınmayıb. Rəqibin həlledici 3 dəqiqəni güləşçimiz qarşısından qaçmaqla bitirmək istəyi ona xəbərdarlıqlar və xal itirmələri bahasına başa gəlib. Ardıcıl 3 xəbərdarlıq alan Tinaliyev nəticədə görüşü yarıda dayandırmalı olub.
Yalnız finalda məğlub olan Kamran Məmmədovun, Rüstəm Əliyevin və Rafiq Hüseynovun isə “Qızıl Qran-pri” turnirindən qazancı gümüş medal olub.
Müxtəlif çəki dərəcələrində güləşən Eldəniz Əzizli, Həsən Əliyev, Elvin Mürsəliyev və İslam Abbasov turnirin bürünc medalları ilə kifayətləniblər.
Nəticədə 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanan komandamız “Qızıl Qran-pri” turnirinin qalibi olub.
Вернуться назад