Türkiyəyə görə Rusiyadan imtina etdi
22-04-2016, 11:42. Разместил: heqiqet
“Əlbəttə, onun “Spartak” ilə müqaviləsi var. Amma o, Rusiyaya qayıtmaq istəmir. Birinci səbəb, Taski Avropada qalmaq istəyir. İkinci isə Rusiya ilə Türkiyə arasında siyasi əlaqələr pozulub. Serdar "Spartak" Moskva ilə müqaviləsini uzatmaq istəmir”. Futbolçunun nümayəndəsi əlavə edib ki, o, karyerasını alman klubunda davam etdirmək istəyir.
Serdar Taski 2013-cü ildə “Ştutqart”dan “Spartak” Moskvaya transfer olunub. Futbolçu Moskva klubunda 42 oyuna 2 qol vurub. Serdar Taskinin "Spartak" Moskva ilə müqaviləsi 2017-ci ildə bitir. Ötən mövsüm futbolçu “Bavariya” klubuna icarə olunub. Onun münhenlilərlə müqaviləsi mövsümün sonuna qədərdir.
Вернуться назад