DataLife Engine > idman > "Salam, Çempionlar Liqası, biz gəldik"

"Salam, Çempionlar Liqası, biz gəldik"


16-05-2016, 09:28. Разместил: heqiqet "Salam, Çempionlar Liqası, biz gəldik" Türkiyə Super Liqasının qalibi "Beşiktaş" olub. Komanda artıq 6-cı dəfə Türkiyəni UEFA Çempionlar Liqasında (ÇL) təmsil edəcək.
Son iki turdan əvvəl "Beşiktaşa" çempion olmaq üçün 1 xal lazım idi. "Osmanlıspor" üzərində 3:1 hesablı qələbəsilə komanda təkcə Super Liqa kubokunu özünə təmin etməyib. Birbaşa ÇL-da da iştirak etmək haqqını qazanıb.
Komandanın qələbəsi azərkeşləri tərəfindən böyük sevinclə qarşılanıb. "Qara qartallar"ın rəsmi "Facebook" səhifəsi "Salam, Çempionlar Liqası, biz gəldik" şüarıyla paylaşımlar edib.
"Beşiktaş"lı Marcelonun qol sevinci"Beşiktaş" - "Osmanlıspor" oyunu zamanı stadion
"Qara qartallar" əvvəl ÇL-nın iştirakçısı olub. Komanda 1997-1998, 2000-2001, 2003-2004, 2007-2008 və 2009-2010 mövsümlərində liqanın qrup oyunlarında oynayıb.
Bu ilki ÇL-nın qrup mərhələsi üçün püşkatma mərhələsi 2016-cı ilin 25 avqustunda baş tutacaq. Monakoda keçiriləcək tədbirdən sonra "Beşiktaş"ın hansı qrupda oynayacağı bilinəcək. Qrup mərhələsində ilk oyunlar 13-14 oktyabr tarixləri arasında, son qarşıdurmalar isə 6-7 dekabrda olacaq. Final oyunu isə Kardiff şəhərindəki "Millenium" stadionunda 2017-ci ilin 3 iyun tarixində baş tutacaq.


Вернуться назад