DataLife Engine > idman > Avropa çempionatının finalçıları bu gün müəyyənləşəcək

Avropa çempionatının finalçıları bu gün müəyyənləşəcək


18-05-2016, 09:40. Разместил: heqiqet Avropa çempionatının finalçıları bu gün müəyyənləşəcək Bu gün 17 yaşadək futbolçular arasında Bakıda keçirilən Avropa çempionatının yarımfinal görüşləri baş tutacaq. Finala gedən yolda Portuqaliya Hollandiya yığmasını, Almaniya isə İspaniyanı sınağa çəkəcək.
Azərbaycanın çıxış etdiyi A qrupunun lideri olaraq 1/4 finala vəsiqə qazanan Portuqaliya bu mərhələdə Avstriyanı məğlub edib. Eyni mərhələdə Hollandiya İsveçi, Almaniya Belçikanı, İspaniya isə İngiltərəni yenməyi bacarıb.
Hər iki görüş "Dalğa Arena"da keçiriləcək.
Avropa çempionatı, yarımfinal mərhələsi
15:00. Portuqaliya - Hollandiya
Baş hakim: Peter Kraloviç (Slovakiya)
"Dalğa Arena"
20:00. Almaniya - İspaniya
Baş hakim: Bartosz Frankovski (Polşa)
"Dalğa Arena"
Final görüşü mayın 21-də "Bakcell Arena"da baş tutacaq.


Вернуться назад