DataLife Engine > idman > Türkiyə kubokunu "Qalatasaray" qazandı

Türkiyə kubokunu "Qalatasaray" qazandı


27-05-2016, 09:29. Разместил: heqiqet Türkiyə kubokunu "Qalatasaray" qazandı Türkiyə kubokunun final oyunu başa çatıb. Həlledici görüşdə "Qalatasaray" və "Fənərbaxça" komandaları üz-üzə gəlib.
Türkiyə superliqasında çempionluğu əldən verən "Fənərbaxça" ölkə kubokunu qazanmaqla azarkeşlərini sevindirməyə çalışsa da daha istəkli "Qalatasaray" qələbə qazanmaqla mövsümü titulla başa vurub.
Antalya stadionunda keçirilən oyunun taleyini bir qol həll edib. Lukas Podolskinin 30-cu dəqiqədə vurduğu qol "Qalatasaray"a Türkiyə kubokunu qazandırıb. Bu, "Qalatasaray"ın tarixi ərzində qazandığı 17-ci kubok olub.
“Qalatasaray” ilə “Fənərbaxça” bu günə qədər 5 dəfə finalda qarşılaşıblar. “Cim Bom” bütün oyunlarda “Fənər”dən üstün ayrılıb. Ümumilikdə isə “Qalatasaray” 21 final oynayıb 16-da qalib gəlib. “Aslanlar” final oyunlarda cəmi 25 qol vurub. 10 qol isə buraxıb.
26 may
Türkiyə kuboku, final
"Qalatasaray" - "Fənərbaxça" - 1:0
Qol: Lukas Podolski, 30 (1:0)
Hakimlər: Mete Kalkavan, Ceyhun Sesigüzel və Esat Sancaktar

Вернуться назад