"Qalatasaray" məşhur futbolçu ilə anlaşdı
1-06-2016, 09:16. Разместил: heqiqet
İddialara görə, "Qalatasaray" son iki mövsümü icarə əsasında "Vest Hem"də keçirən Aleks Sonq üçün "Barselona"ya müraciət edib. Kataloniya klubu kamerunlu oyunçunu istanbullulara icarə haqqı istəmədən verməyə razılaşıb. Sonqun özü də "Qalatasaray"da oynamağa razılaşıb.
Onu bu işə əmisi Riqobert Sonq razı salıb. 4 mövsüm "Qalatasaray"da oynamış böyük Sonq sabiq klubunun müraciətindən sonra qardaşı olğunu İstanbul klubuna yollanmağa razı sala bilib.
28 yaşlı yarımmüdafəiçi başa çatan mövsümdə 4 ay zədə səbəbindən oynaya bilməyib və meydana çıxdığı 15 rəsmi matçda 856 dəqiqə oynayıb. "Transfermarkt" ona 10 milyon avro qiymət qoyub.
Вернуться назад