DataLife Engine > idman > Messi "Barselona"nı bu kluba dəyişir

Messi "Barselona"nı bu kluba dəyişir


8-06-2016, 09:02. Разместил: heqiqet Messi "Barselona"nı bu kluba dəyişir Argentina milli komandasının və "Barselona”nın ulduz futbolçusu Lionel Messi klubundan ayrılmaq istəyir. Bu iddia ilə "Daily Mail" çıxış edib.
İddia edilir ki, vergidən yayınma iddiaları ilə məhkəmə qarşısına çıxan argentinalı ulduz yetirməsi olduğu klubu tərk etmək niyyətindədi. "Daily Mail" yazır ki, Joze Mourinyonu komandanın başına gətirən və sensassiyalı transferlərə imza atan "Mançester Yunayted"in hədəfindəki futbolçulardan biri də məhz Messidi. "Barselona"dan ayrılmaq istəyən futbolçu özü də Premyer Liqada oynamağın əleyhinə deyil.
Məlumatlara görə, artıq 3 həftədir ki, "Mançester Yunayted" bu transferlə bağlı "Barselona"nın fikrini öyrənməyə çalışır. Kataloniya klubu Messini satmaqdan qətiyyətlə imtina etsə də, "qırmızı-şeytanlar" geri çəkilmək niyyətində deyil. "Barselona" "Transfermarkt" Messiyə 120 milyon avro qiymət qoyub. "Barselona"nın isə onun müqaviləsinə 250 milyon avroluq bənd saldığı deyilir. Yəni argentinalını transfer etmək istəyən məhz bu məbləği ödəməlidi. Messinin transfer qiyməti rekord həddi keçə bilər.
Sonuncu dəfə Qaret Beyl 2013-cü ildə "Tottenhem"dən “Real Madrid”ə 100 milyon avroya transfer olunaraq rekord vurub. Messi ilə “Barselona”nın müqaviləsi 2018-ci ildə bitir. 2003-cü ildən Messi 531 oyunda 453 qol vurub. "Mançetser Yunayted" Messidən əlavə Zlatan İbrahimoviçi də heyətinə qatmaq istəyir. İbra yeni klubunda həftəyə 220 min funt (474 min AZN) istəyib. "Mançester Yunayted" futbolçunun şərti ilə razılaşıb. İbrahimoviç ilə müqavilənin iyunun 13-dək imzalanması nəzərdə tutulub.


Вернуться назад