Avro-2016: İrlandiya 1/8 finalda, Türkiyə qrupda qaldı
23-06-2016, 11:18. Разместил: heqiqet
E qrupunda İsveç və Belçika komandaları qarşılaşıblar. Oyun belçikalıların minimal hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər oyunu – İtaliya-İrlandiya matçında da bir qol qeydə alınıb. İrlandlar minimal hesabla qələbə qazanaraq D qrupunun 3-cüsü – Türkiyənin növbəti mərhələyə yüksəlmək arzusunu gözündə qoyublar.
Beləliklə, E qrupundan 1/8 finala 6 xallı lider İtaliya, ikinci yeri tutan Belçika və 4 xalla ən yaxşı 4 qrup üçüncüsündən biri olan İrlandiya yüksəlib.
Вернуться назад