"Barselona" Avropa çempionatının finalçısını transfer etdi
13-07-2016, 11:31. Разместил: heqiqet
"Barcelona" Fransa millisinin müdafiəçisini transfer etdi. "Lyon"un futbolçusu Samuel Umititinin "Barcelona"ya keçidi rəsmiləşib.
Katalon klubu 22 yaşlı futbolçuyla 5 illik müqavilə imzaladığını elan edib. Transfer katalonlara 25 milyon avroya başa gəlib.
Fransalı müdafiəçi üçün buraxılış qiyməti 60 milyon avrodur. Umititi iyulun 14-də Kataloniyaya gələcək. Bir gün sonra onun təqdimatı keçiriləcək.
Вернуться назад