DataLife Engine > idman > Avropa Oyunlarında idmançılar belə geyinəcək

Avropa Oyunlarında idmançılar belə geyinəcək


5-06-2015, 20:23. Разместил: heqiqet Avropa Oyunlarında idmançılar belə geyinəcək Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının geyim dəsti artıq hazırdır.
İyunun 12-də baş tutacaq təntənəli açılış mərasimində idmançılarımız göy rəngli kostyumlarda olacaqlar. Ağ köynəklərlə əlvan qalstuklar komandamızın geyimini daha da gözəlləşdirəcək. Geyimlər artıq açılış mərasimində iştirak edəcək idmançılara təqdim olunub. Hər bir idmançıya həm rəsmi parad, həm də adi günlərdə istifadə olunacaq iki dəst geyim verilib.
Qeyd edək ki, ilk Avropa Oyunlarının açılış mərasimi iyunun 12-də keçiriləcək. Mərasim saat 20:15-də başlayacaq və 3 saat davam edəcək.
Вернуться назад