DataLife Engine > idman > AFFA rəhbərliyi UEFA-nın prezident seçkisinə qatılacaq

AFFA rəhbərliyi UEFA-nın prezident seçkisinə qatılacaq


14-09-2016, 11:50. Разместил: heqiqet AFFA rəhbərliyi UEFA-nın prezident seçkisinə qatılacaq Bu gün Yunanıstanın paytaxtı Afinada UEFA-nın Konqresi keçiriləcək. UEFA prezidenti vəzifəsinə seçkinin keçiriləcəyi tədbirdə assosiasiya 3 nəfərlə təmsil olunacaq.
Belə ki, Konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edəcək.
Qeyd edək ki, UEFA-nın prezidenti postu uğrunda Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praq və Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin mübarizə aparacaq. AFFA isə sonuncu səs verəcəyini öncədən açıqlayıb.


Вернуться назад