DataLife Engine > idman > Ruud Qullit Bakıya gəlir

Ruud Qullit Bakıya gəlir


23-09-2016, 18:04. Разместил: heqiqet Ruud Qullit Bakıya gəlir AVRO-2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak edəcək daha bir məşhur qonağın adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, AVRO-1988-in qalibi, hollandiyalı futbol ulduzu Ruud Qullit paytaxtımıza gələcək.
Dünya futbolunun tanınmış simalarından biri olan veteran xüsusi qonaq qismində tədbirə qatılacaq. O, AFFA-nın dəvətini müsbət dəyərləndirib.
Qeyd edək ki, mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək
Sosial səhifələrdə payla
Вернуться назад