DataLife Engine > idman > “Qəbələ” və “Qarabağ” 2,6 milyon avro qazandı

“Qəbələ” və “Qarabağ” 2,6 milyon avro qazandı


19-10-2016, 12:52. Разместил: heqiqet “Qəbələ” və “Qarabağ” 2,6 milyon avro qazandı Avropa Liqası turnirinin qrup mərhələsində çıxış etməsi ilə əlaqədar hər bir kluba UEFA-nın ayırdığı vəsait AFFA tərəfindən “Qarabağ” və “Qəbələ” klubunun hesabına köçürülüb. Hər klub 2 milyon 600 min avro qazanıb.
Qəbələnin eyniadlı klubu 4 mərhələ keçərək buna nail olub. Ağdam təmsilçisi isə qrupa Çempionlar Liqasında uduzub, Avropa Liqasının pley-off mərhələsinə düşdükdən sonra yüksəlib.
Qeyd edək ki, komandalarımız artıq qrup mərhələsində hərəyə 2 oyun keçirib. Bu matçlarda “Qarabağ” 1 xal toplayıbsa, “Qəbələ”nin hələlik xalı yoxdu.

Вернуться назад