DataLife Engine > idman > Ueyn Runi üzr istədi

Ueyn Runi üzr istədi


17-11-2016, 09:43. Разместил: heqiqet Ueyn Runi üzr istədi “Mançester Yunayted”in və İngiltərə millisinin hücumçusu Ueyn Runi içkili vəziyyətdə şəkilləri yayıldığı üçün üzr istəyib. Millinin düşərgəsində olarkən istirahət günündən istifadə edən futbolçu səhərə qədər barda içki içmiş və qadınlarla əylənmişdi.
Bu səbəbdən millinin düşərgəsindən uzaqlaşdırılan oyunçu hərəkətinə görə həm komandanın baş məşqçisi Sautqeytdən, həm də azarkeşlərdən üzr istəyib. O, istirahət günü olsa belə, belə hərəkətlərə yol verməməli olduğunu bildirib.
Təcrübəli hücumçu həm də millinin gənc azarkeşlərindən üzrxahlıq edib.
Qeyd edək ki, Runinin bu fotolarını “The Sun” nəşri aşkara çıxarmışdı.

Вернуться назад