Rafael Ağayev: "Bu qələbəni Azərbaycan xalqına həsr etdim"
16-06-2015, 13:36. Разместил: heqiqet
“Bu, təkcə mənim yox, prezidentimizin, xalqımızın, ailəmin, dostlarımın, hər birimizin qələbəsidi”. Bu sözləri apasport.az saytına I Avropa Oyunlarını qızıl medalla başa vurmuş Azərbaycan karateçisi Rafael Ağayev deyib.Bakı-2015-də 75 kq çəki dərəcəsində mübarizə aparan karate yığmamızın lideri birinci yeri tutması ilə bağlı hisslərini bölüşüb.
O, bu qələbəni Azərbaycan xalqına həsr etdiyini söyləyib: "Ən böyük arzum olub ki, karate Olimpiya idman növləri arasına düşsün. Amma bu baş tutmayıb. Əvəzində Avropa Oyunlarında iştirak etdik. Hər kəsi öpürəm, çox xoşbəxtəm".
Yazar
Lent.az
Вернуться назад