DataLife Engine > idman > Rıdvan Dilmən prezident olmaq istəyir

Rıdvan Dilmən prezident olmaq istəyir


23-11-2016, 11:26. Разместил: heqiqet Rıdvan Dilmən prezident olmaq istəyir  “Fənərbağça”nın veteran futbolçusu, tanınmış şərhçi Rıdvan Dilmən Türkiyə Futbol Federasiyasının prezidenti olmaq istəyir. Türkiyə mediası xəbər verir ki, Rıdvan Dilmən səhhəti imkan verərsə, 2019-cu ildə federasiya prezidentliyinə seçkilərdə iştirak edəcəyini bəyan edib. O, Türkiyə millisinin koordinatorluğu vəzifəsini də icra edə biləcəyini deyib.
Qeyd edək ki, TFF-nin hazırki sədri məşhur biznesmen Yıldırım Dəmirörəndir və onun səlahiyyət müddəti 2019-cu ildə bitəcək. R.Dilmən isə “Fənərbağça” klubuna və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana yaxınlığı ilə tanınır. Onun millinin hazırki baş məşqçisi Fatih Terimlə münasibətləri yaxşı deyil.
Вернуться назад