19 yaşlı taekvandoçumuz FİNALDA
17-06-2015, 18:47. Разместил: heqiqet
68 kq çəki dərəcəsində kişilərin taekvondo yarışında Azərbaycanı təmsil edən Ayxan Tağızadə finala vəsiqə qazanıb. O, yarımfinal qarşılaşmasında rusiyalı Denisenko Alexey üz-üzə gəlib. Qarşılaşma 7-5 hesabı ilə Ayxanın xeyrinə başa çatıb.Qeyd edək ki, Ayxan Tağızadə ilkin mərhələdə sloveniyalı Yure Pantarı 11:3 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb. O, 1/4 final mərhələsində dünya, avropa və olimpiya çempionu, ispaniyalı Joel Qonzalez Bonillayla üz-üzə gəlib. Qarşılaşma 7-5 hesabı ilə Azərbaycan idmançısının xeyrinə başa çatıb.
Вернуться назад