Güləşçimiz təsəlliverici görüşlərdə iştirak edəcək
18-06-2015, 13:14. Разместил: heqiqet
86 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Nurmaqomed Hacıyev 1/4 final mərhələsində təsəlliverici görüşlərdə iştirak edəcək. Mübarizəyə 1/8 finaldan başlayan 19 yaşlı güləşçimiz ilk cəhdində bolqarıstanlı Georgi Sredkova 14-2 hesabı ilə qalib gələrək 1/4 final mərhələsinə vəsiqə qazanıb. Hacıyev bu mərhələdə rus güləşçi Abdulraşid Sadulayev səddini keçə bilməyib. Qarşılaşma 1-11 hesabı ilə rus güləşçinin xeyrinə olub. Sadulayev finala vəsiqə qazanacağını görə, Hacıyev təsəlli verici görüşlərdə iştirak edəcək.**
Bu gün sərbəst güləş üzrə 4 çəki dərəcəsində pəhləvanlarımız mübarizə aparır. Lent.az-ın məlumatına görə, 61 kq çəki dərəcəsində millimizi təmsil edən Hacı Əliyev 1/8 final mərhələsində erməni güləşçi Valodiya Franqulyanla qarşılaşıb. Hesab həmyerlimizin 7-0 xeyrinə başa çatıb. 1/4 final mərhələsinə vəsiqə qazanan Hacı Əliyev slovakiyalı Mykola Bolotnyuk ilə üz-üzə gələcək.
70 kq çəki dərəcəsində Ruslan Dibirhacıyev millimizi təmsil edəcək. O da Hacı Əliyev kimi yarışa 1/8 finaldan başlayacaq. R. Dibirhacıyev bu mərhələdə polşalı Maqomedmurad Hacıyev ilə üz-üzə gəlib. Qarşılaşmadan həmvətənlimiz 2-7 hesabı ilə məğlub ayrılıb. Polşalı güləşçi finala vəsiqə qazanacağı təqdirdə Dibirhacıyev təsəlliverici görüşlərdə iştirak edəcək.
125 kq çəki dərəcəsində Camaləddin Maqomedov öz gücünü sınayıb. O, ilk görüşdə litvalı Yonas Rudaviçiusa 4-0 hesabı ilə qalib gələrək 1/8 final mərhələsinə yüksəlib. Camələddin bu mərhələdə türkiyəli Taha Akgül üz-üzə gəlib. O, türkiyəliyə 2-5 məğlub ayrılıb. Taha Akgül finala çıxsa Camələddin təsəlli verici görüşlərdə iştiraketmə hüququ qazanacaq.
Вернуться назад