DataLife Engine > idman > Məşhur italiyalı arbitr DÇ-2018-də olmayacaq

Məşhur italiyalı arbitr DÇ-2018-də olmayacaq


8-02-2017, 12:37. Разместил: heqiqet Məşhur italiyalı arbitr DÇ-2018-də olmayacaq Məşhur italiyalı arbitr Nikola Ritsoli 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarında hakimlik etməyəcək.
Bu barədə referi İtaliya Arbitrlar Assosiasiyasına ünvanladığı məktubunda bildirib.
"Hər şeyin əvvəli və sonu var, gənclərə şans vermək ədalətli olardı", - deyə Ritsoli yazıb.
Ritsoli son 5 ildə İtaliyanın ən yaxşı arbitrı seçilib, 2013-cü ilin Çempionlar Liqası və 2014-cü ilin dünya çempionatının final matçlarını idarə edib.
FİFA 2014 və 2015-ci illərdə Ritsolini dünyanın ən yaxşı arbitrı adlandırıb.
Вернуться назад