"Beşiktaş"da ciddi itki
20-02-2017, 19:24. Разместил: heqiqet
"Qara qartallar" aparıcı futbolçu Rikardo Kuarejmanın xidmətindən məhrum olub. Belə ki, portuqaliyalı futbolçu ölkə çempionatının XXI turunda "Akhisar Bələdiyəspor"la matçda zədələnib.
Tibbi müayinədən keçən futbolunun Beer-Şeva təmsilçisinə qarşı oyunda iştirak etməyəcəyi dəqiqləşib. Onun Super Liqanın 22-ci turunda "Qalatasaray"la matça hazır olacağı gözlənilir.
Qeyd edək ki, tərəflər arasında İsraildə baş tutan ilk oyunda "Beşiktaş" qələbə qazanmağı (1:3) bacarmışdı.
Вернуться назад