DataLife Engine > sosial > İyunun 1-də “Qəbələnd” Əyləncə Mərkəzində uşaqlar üçün attraksionlar pulsuz olacaq

İyunun 1-də “Qəbələnd” Əyləncə Mərkəzində uşaqlar üçün attraksionlar pulsuz olacaq


30-05-2017, 12:46. Разместил: heqiqet İyunun 1-də “Qəbələnd” Əyləncə Mərkəzində uşaqlar üçün attraksionlar pulsuz olacaq Azərbaycanın ən dilbər guşələrindən sayılan Qəbələ rayonunda yerləşən “Qəbələnd” Əyləncə Mərkəzi qapılarını bütün uşaqların üzünə açır.
Uşaqların əvəzolunmaz məkanına çevrilən “Qəbələnd” Əyləncə Mərkəzi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü uşaqları öz valideynləri ilə birlikdə “Qəbələnd” Əyləncə Mərkəzinə qonaq dəvət edir.
“Qəbələnd” Əyləncə Mərkəzinin biri-birindən maraqlı attraksionları uşaqlarınızın ixtiyarına verilir!
“Qəbələnd” Əyləncə Mərkəzində zövqlə təşkil olunmuş konsert proqramı balacaları sevindirəcək, Vətənimizin gözəlliyi balalarımızın yaddaşına indidən həkk ediləcək!
“Qəbələnd” Əyləncə Mərkəzi xüsusi vurğulayır ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Qəbələnd” Əyləncə Mərkəzinə giriş, həmçinin attraksionlardan istifadə pulsuzdur!
Bütün bunlar 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Qəbələnd” Əyləncə Mərkəzində səhərdən axşama qədər Sizi gözləyir!

Вернуться назад