Prezident seçkilərində yaşayış məntəqələrindən kənarda seçki məntəqələrinin yaradılması bu gündən başa çatır
20-02-2018, 10:41. Разместил: heqiqet
Bu barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında deyilir.
Bu gün, həmçinin Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft və qaz hasilatı platformalarında (seçicilərin sayı 50-dən artıq olduqda), seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində, azadlıqdan məhrumetmə yerlərində və istintaq təcridxanalarında) Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada seçki məntəqələrinin yaradılması başa çatır.
Təqvim planına əsasən, bu cür məntəqələr səsvermə gününə azı 50 gün qalanadək yaradılmalıdır.
Вернуться назад