Ərdoğan seçkinin tarixini açıqladı
21-08-2015, 18:14. Разместил: heqiqet
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərinin vaxtını açıqlayıb. Heqiqet.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, Ərdoğan seçkilərin 1 noyabr tarixində baş tutacağını rəsmən bəyan edib: “45 günün sona çatması ilə parlament sədri ilə daha bir görüş keçirəcəyəm və bundan sonra ölkəmiz təkrar seçki prosesinə qədəm qoyacaq. 1 noyabr tarixində Türkiyə üçün xeyirlisi ilə, tarixi bir seçki baş tutacaq”.Ərdoğan müvəqqəti hökumətin tərkibi ilə bağlı suala isə belə cavab verib: “Hökuməti qurmaq kimə tapşırılıbsa seçimi də o edəcək. İstəsə nazirləri parlamentdən seçəcək, istəsə də kənardan”.
Вернуться назад