Lənkəran sakinində 12 kq narkotik tapıldı
24-08-2015, 17:08. Разместил: heqiqet
Lənkəran sakinindən marixuana və tiryək aşkarlanaraq götürülüb.Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Regional Şöbəsi əməkdaşlarının Cənub Bölgəsində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Tağıyevdən 6 kiloqram 575 qram marixuana və 5 kilolqram 140 qram tiryək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад