Prezident İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədrini qəbul edib
12-04-2019, 12:00. Разместил: heqiqet
Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, görüşdə Prezident İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkoya Azərbaycanın “Dostluq” ordenini təqdim edib.
Xanım Valentina Matviyenko Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə dövlətimizin başçısının Sərəncamı ilə bu ordenlə təltif olunub.
Вернуться назад