DataLife Engine > hadise > Kürdəmirdə kənd təsərrüfatı avadanlıqları və mis naqil oğurlanıb

Kürdəmirdə kənd təsərrüfatı avadanlıqları və mis naqil oğurlanıb


5-02-2020, 17:13. Разместил: heqiqet Kürdəmirdə kənd təsərrüfatı avadanlıqları və mis naqil oğurlanıb Oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakinləri Ə.Mürsəlov, E.İbrahimov və bir yeniyetmə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də rayon ərazisindəki MMC-lərdən birinə məxsus əkin sahəsindən suvarma sistemlərinin 20.000 manat dəyərində 2 ədəd mühərrikini, 63 ədəd çiləyicisini və 69 metr mis naqilini oğurlamaqda şübhəli bilinənlər - Kürdəmir rayon sakinləri Ə.Mürsəlov, E.İbrahimov və bir yeniyetmə saxlanılıblar.
Вернуться назад