Bakıda bank kartından 4500 manat oğurlanıb
13-05-2020, 07:17. Разместил: heqiqet
Yasamal rayonunda yerləşən bankomatların birində şəhər sakini Ş.Cəfərova məxsus kartdan 4500 manat pul çıxarılaraq oğurlanıb.
Daxil olan müraciət əsasında Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətmiş 1996-cı il təvəllüdlü Ü.Rüstəmli saxlanılıb.
Araşdırma aparılır. (APA)
Вернуться назад