Bakıda kirayə mənzillər ucuzlaşıb – QİYMƏTLƏR
17-03-2022, 06:14. Разместил: heqiqet
Bu barədə “MBA Consulting Group” şirkətindən məlumat verilib.
Belə ki, fevral ayında Bakıda kirayə mənzillərin orta qiymətində 4,41 faiz ucuzlaşma müşahidə olunub və bir kvadrat metrin orta kirayə qiyməti 7,73 manat təşkil edib.
Fevral ayında bir otaqlı mənzillərin orta kirayə qiyməti 366 manat, iki otaqlı mənzillərin kirayə qiyməti 555 manat, üçotaqlı mənzillərin kirayə qiyməti 820, çoxotaqlı mənzilərin kirayə qiyməti isə 1183 manat təşkil edib.
Вернуться назад