Səttar Möhbalıyev “Azərbaycan regionun enerji mərkəzinə çevrilib”
2-06-2022, 12:06. Разместил: heqiqet
Bu fikirləri KİV-ə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində Cənub Qaz Dəhlizi layihəsindən bəhs etdi.Məlumdur ki, dəhliz enerji böhranının baş alıb getdiyi bir zamanda Avropanın enerji təminatında əhəmiyyətli rola malikdir. Azərbaycanın təşəbbüsü ilə baş tutan bu layihəninreallaşdırılması ölkəmizin gücünü bir daha təsdiqləyir.Kəmərin çox ağır mürəkkəb relyeflərdən – hündür dağlardan, dəniz çökəkliyindən keçməsinə bağmayaraq, boru xətti yüksək keyfiyyəti ilə standartlara tam cavab verir. Layihənin uğurla tamamlanması istiqamətində də Azərbaycan öz üzərinə düşən vəzifələri vaxtında və çevik şəkildə icra etdi.Ölkəmiz ixrac prosesinə başladığı vaxtdan bu günə kimi təchizatda heç bir ləngimə baş verməyib, müqavilə şərtləri pozulmayıb, Azərbaycan öz öhdəliklərinə sadiq qalaraq üzərinə düşəni ləyaqətlə yerinə yetirib. Qeyd edim ki, dəhlizin genişləndirilməsi imkanları da hazırda müzakirə predmetidir və inanırıq ki, bu, yaxın gələcəkdə baş verəcək”, - AHİK sədri deyib.
Onun sözlərinə görə, Azərbaycan etibarlı tərəfdaş olaraq dünyada özünü təsdiqləyib: “Məhz buna görədir ki, bütün tərəfdaşlar Azərbaycanla əməkdaşlıqdan məmnundurlar. Həmçinin ölkəmizdə əlverişli biznes mühüti formalaşdırılıb, investisiya imkanları genişləndirilib. Məlumdur ki, Azərbaycanın “yaşıl enerji” potensialı da yüksəkdir, burada küləkli və günəşli günlərin çox olması bu sahənin inkişafına əlverişli şərait yaradır. Dünyada məşhur “ACWA Power” şirkəti tərəfindən“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının,“Masdar” şirkəti tərəfindən isə Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi ölkəmizdə bu istiqamətdə aparılan işlərin geniş miqyasını göstərir. Həmçinin işğaldan azad edilmiş ərazilərimizdə də bu istiqamətdəiş aparılır. Bütün bunlar ölkəmizdə qaza qənaət olunmasına və ixracına imkanlar yaradacaq”.
Вернуться назад