DataLife Engine > siyaset / gundem > Mehriban xanımın Azərbaycanımız üçün gördüyü işlərin miqyası çox böyükdür

Mehriban xanımın Azərbaycanımız üçün gördüyü işlərin miqyası çox böyükdür


24-08-2022, 18:41. Разместил: heqiqet Mehriban xanımın Azərbaycanımız üçün gördüyü işlərin miqyası çox böyükdür Milli duyğuların, azərbaycançılığın vəhdəti və bu vəhdətin dünyaya nümunə olaraq təqdimatı. Bu təqdimatın mərhəmət və insanpərvərliklə çulğalaşaraq azərbaycanlının, Azərbaycan qadınının bütöv obrazının yaradılması. Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın həyat və fəaliyyətini xarakterizə edərkən məhz bu məqamların üzərində dayanır, müəyyən ümumiləşdirmələr aparıram.
Mehriban xanımın Azərbaycanımız üçün gördüyü işlərin miqyası çox böyükdür. Böyüklük isə hər zaman xüsusilikdir, daha doğrusu məxsusilikdir. Bəli, Mehriban xanım hər kəsin düşüncəsindəki məxsusi simadır. Bu simanı vurğulayan bir cəhət də var - nəciblik. Elə bilirəm ki, onun nəcibliyini, kübarlığını vurğulayan özəlliklər hər bir azərbaycanlının yaddaşına əbədi hakim kəsilmiş nümunəvi reallıqdır. Bu reallıq isə tarixdir. Heç şübhəsiz, məhsuldar insan yaşa dolduqca, püxtələşdikcə tarixi daha da zənginləşdirir. Bu mənada Mehriban xanım həm də tariximizi zənginləşdirən simadır. O, özü tarix yaradan obrazdır. Qalır bu obrazı hər zaman gümrah, Vətənimiz Azərbaycan üçün çarpışan, fədakarlıqlara qatlaşan görmək diləyimiz. Doğum günləri diləklərimizin ifadəsi üçün fürsətdir, imkandır. Mən bu imkandan faydalanmağı, təbriklərimi, ən xoş arzularımı çatdırmağı həm də mənəvi borc sayıram.
Ulu öndərin zəngin mənəvi irsini, onun Azərbaycançılıq ideyalarını gənc nəsillərə aşılamaq, Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak etmək, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın fəaliyyətinin əsas qayəsini təşkil edir. Fondun dəstəyi ilə məktəblər, səhiyyə, mədəniyyət ocaqları və digər çoxlu sayda tikinti işləri aparılır.
Böyük şəxsiyyət Heydər Əliyev gərgin və yorulmaz fəaliyyəti ilə Azərbaycanı qısa müddətdə dinamik inkişaf yoluna çıxardı. Ulu Öndər müasir müstəqil Azərbaycanın parlaq gələcəyinin koordinatlarını, milli həmrəyliyin, müstəqilliyin qorunması, əhalinin firavan həyatının, inkişaf strategiyasının təmin olunması yollarını müəyyənləşdirdi. Ulu öndərin tarixi xidmətlərini hər zaman böyük minnətdarlıqla xatırlayan xalqımız Heydər Əliyev ideyalarını ölkəmizin gələcək inkişafının təminatçısı kimi qəbul edir və Ümummilli Liderin müəyyənləşdirdiyi yolu dəstəkləyir. Ona görə də dahi şəxsiyyət Heydər Əliyevin ideyaları, fəlsəfəsi, ictimai və siyasi fəaliyyətinin hər dövrü araşdırılmalı və gələcək nəsillərə təqdim olunmalıdır.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edir, möhkəm can sağlığı, bitib-tükənməyən uğur və nailiyyətlər arzulayıram.
Mehriban xanımın Azərbaycanımız üçün gördüyü işlərin miqyası çox böyükdür


Həsənov Adil Nizami oglu ,
Bakı şəhəri, 167 sayli məktəbin müəllimi,
"Qızıl qələm" media mükafatı laureatı
Вернуться назад