DataLife Engine > sosial > Təxribat məqsədilə Laçın rayonu ərazisində basdırılmış minalar aşkar edilib

Təxribat məqsədilə Laçın rayonu ərazisində basdırılmış minalar aşkar edilib


19-09-2022, 08:42. Разместил: heqiqet Təxribat məqsədilə Laçın rayonu ərazisində basdırılmış minalar aşkar edilib Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilər və təminat yolları Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 18-də Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 122 ədəd 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
Вернуться назад