Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsl lider üçün zəruri olan keyfiyyətləri özündə əks etdirir
23-12-2022, 06:14. Разместил: heqiqet
Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. Şanlı Ordumuzun müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət müstəqilliyinin möhkəm əsaslarını yaratmış ümummilli lider Heydər Əliyevin keçdiyi çətin və şərəfli yolu yüksək qiymətləndirməklə bərabər, həm də yaradıcı şəkildə inkişaf etdirməyin əsl örnəklərini nümayiş etdirir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin hələ sovet hakimiyyəti illərində həyata keçirdiyi geniş miqyaslı Azərbaycançılıq siyasəti ilə xalqımızı gələcək dövlət müstəqilliyinə hazırlaması və müstəqillik dövründə ölkəmizi dağılmaqdan xilas etməsi Prezident İlham Əliyev üçün dövlətçiliyə və istiqlaliyyətə xidmət nümunəsi kimi qəbul edilir. O, böyük siyasətə və dövlət idarəçiliyinə cavan yaşlarında ikən görkəmli bir dövlət xadiminin böyük məktəbini keçərək gəlmişdir.
Dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə, əlbəttə ki, tariximizin şanlı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq. Vətən müharibəsində xalqımız tarixində olmadığı dərəcədə yüksək birlik, həmrəylik nümayiş etdirdi, vahid amal uğrunda birləşdi. Ay yarım davam edən bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu. Eyni zamanda Azərbaycan xalqının qazandığı zəfərin möhtəşəmliyi ölkə başçısı İlham Əliyevin mümkünsüzü mümkünə çevirmək qüdrətindən bəhrələndi.
Prezident daim sadə insanların yanında olur, həyatındakı əlamətdar, sevincli günləri xalqı ilə paylaşır. Ad günlərində adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini də Qarabağda – Şuşada keçirib. Bütün bunlar əsl dövlət xadiminin mənəvi və siyasi zənginliyinin bariz nümunəsidir.
Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı : “Müharibənin nəticəsində torpaqlarımız işğaldan azad olundu, düşmən ağ bayraq qaldırdı. Ölkəmizin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.
Prezident İlham Əliyev fəaliyyəti nəticəsində, xarici siyasətdə Azərbaycan Respublikasının qazandığı mühüm nailiyyətlər ölkəmizin lider dövlətlər cərgəsində yerini qərarlaşdırmışdır. Dünyanın iknci beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına Prezident İlham Əliyevin böyük uğurla rəhbərlik etməsi bu ölkələrdən hər birinin həyatında yeniləşmələrin və inkişafın baş verməsi ilə nəticələnmişdir. Eyni zamanda Azərbaycan Respublikasının BMT-də Avropanın beynəlxalq təşkilatlarında tutduğu yüksək mövqe Prezident İlham Əliyevin müstəqil siyasətinin mühüm nəticələridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsl lider üçün zəruri olan keyfiyyətləri özündə əks etdirir. Onun ən mürəkkəb ictimai-siyasi və hərbi proseslərdə anında ən düzgün qərarlar qəbul etmək qabiliyyəti vardır. İlham Əliyev yüksək siyasi hazırlığa və geniş dünyagörüşə malikdir. O, dünyadakı və ölkədəki prosesləri və reallıqları obyektiv şəkildə təhlil edib düzgün qiymətləndirməyi bacardığı kimi, həm də heyrət ediləcək qədər uzaqgörən siyasətçi kimi də özünü isbat etmişdir. Qeyri-adi dərəcədə hazırcavab olması onun liderlik xüsusiyyətlərindən biridir. Nəhayət, xarici dilləri mükəmməl bilməsi və ən mötəbər kürsülərdə həmin dillərin daşıyıcılarından da məntiqli çıxışlar etməsi ilə də o, dəfələrlə dünya dövlətlərinin liderlərini heyrətləndirmişdir.
Azərbaycan Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin ad günüdür. Bu münasibətlə onu təbrik edir, ona möhkəm can sağlığı, daşıdığı tarixi missiyada daha böyük uğurlar arzulayıram.
Mürsəl Eminov,
Binəqədi bələdiyyəsinin sədri
Вернуться назад