DataLife Engine > dunya > İspaniyada meşə yanğınları 4 min hektardan çox ərazini əhatə edib

İspaniyada meşə yanğınları 4 min hektardan çox ərazini əhatə edib


28-03-2023, 10:27. Разместил: heqiqet İspaniyanın şərqindəki Castellon və Teruel şəhərləri arasında baş verən və 5 gündür davam edən meşə yanğınını əlverişsiz hava şəraiti səbəbindən hələ də söndürmək mümkün olmayıb.
Yanğın 4 min hektardan çox meşə sahəsini məhv edib.
Təxliyə olunan 1500 nəfərin hələ də evlərinə qayıda bilməyəcəyi bildirilir.
Yanğınsöndürənlər gecə boyu yanğını söndürmək üçün mübarizə aparıblar.
Bununla belə, alov yayılmaqda davam edir.
Вернуться назад