DataLife Engine > siyaset / gundem > Bu gün Azərbaycanın əldə etdiyi uğurlarının əsasında Ulu Öndərin müəyyən etdiyi siyasət dayanır

Bu gün Azərbaycanın əldə etdiyi uğurlarının əsasında Ulu Öndərin müəyyən etdiyi siyasət dayanır


10-05-2023, 18:53. Разместил: heqiqet Bu gün Azərbaycanın əldə etdiyi uğurlarının əsasında Ulu Öndərin müəyyən etdiyi siyasət dayanır Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilənə qədər respublikada bütün sahələrdə, xüsusilə sosial-iqtisadi sahədə geriləmə özünü göstərirdi. Ölkə iqtisadiyyatında dərin və uzunmüddətli böhran yaşanır, Azərbaycan Sovetlər birliyinin geridəqalmış aqrar respublikasına çevrilmişdi. Həmin məqamda mövcud vəziyyəti düzgün dəyərləndirən Heydər Əliyev respublikanın gücünü, əhalinin rifah halının yaxşılaşdırılmasını, bütövlükdə siyasi müstəqilliyin təməlini məhz dayanıqlı iqtisadi inkişafın təmin olunmasında görürdü.
Müasir dövrdə milli iqtisadiyyatımızın dördüncü sənaye inqilabı çağırışlarına cavab verməsi müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin Azərbaycana hələ ilk rəhbərlik etdiyi dövrdə iqtisadi və sosial inkişafında həll olunmamış bir sıra problemləri olan Sovet Azərbaycanı üçüncü sənaye inqilabını reallaşdırmağa nail oldu.
Ümummilli Liderin andiçmə mərasimində söylədiyi “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” sözləri öz təsdiqini əməli işdə tapdı.
Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çox böyük cəsarətlə çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edərək onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Onun fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, dünya iqtisadiyyatına inteqrasiya prioritet olmuşdur.
O, qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə, beynəlxalq müqavilələrin imzalanmasına nail oldu, eyni zamanda sahibkarlığa, sərbəst rəqabətə yol açan sosialyönümlü iqtisadiyyat modelinin əsasını qoydu. İqtisadiyyatımızın şəxaləndirilməsində əhəmiyyətli rola malik, qeyri-neft sektorunun sütünlarından sayılan kənd təsərrüfatı sahəsi də məhz Ulu Öndərin rəhbərliyi altında inkişaf etməyə başladı.
Təbiətin Azərbaycana verdiyi imkanlardan və potensialdan yalnız Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı illərdən etibarən daha geniş, düzgün və səmərəli istifadə edilməyə başlanmışdır.
Heydər Əliyev xalqımızın əvəzsiz sərvəti olan torpaqdan, xüsusilə əkinçiliyin qızıl fondu sayılan suvarılan torpaqlardan daha səmərəli, daha təsərrüfatçılıqla istifadə etməyin forma və metodlarını öyrətdi. Azərbaycanda kənd təsərrüfatını sürətlə inkişaf etdirməyin mümkünlüyünü sübut etdi, bu sahədə, sözün əsl mənasında, dönüş yaratdı.
Azərbaycan iqtisadiyyatının ayrılmaz hissəsi olan enerji siyasətinin inkişafı da Ümummilli Liderin adı ilə bağlıdır. Azərbaycanın neft yataqlarını ən böyük milli sərvətimiz adlandıran Heydər Əliyev hər zaman bu sərvətin gələcək nəsillər üçün də əhəmiyyətini vurğulayıb. 1994-cü ildə Ulu Öndərin rəhbərliyi ilə imzalanmış Əsrin Müqaviləsini mükəmməl icra etmiş Azərbaycan bütün tərəfdaş dövlətlərin, habelə iştirakçı beynəlxalq konsorsiumların etibarını qazandı. Bu gün əsası qoyulmuş həmin enerji siyasəti Prezident İlham Əliyev tərəfindən dövlət maraqlarının təmin olunması üçün hər bir sahədə məharətlə istifadə olunur.
Beləliklə, bu gün Azərbaycanın hər bir platformada əldə etdiyi iqtisadi uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin düzgün gələcəyə hədəflənmiş müəyyən etdiyi siyasət dayanır. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bu, nəinki döyüş meydanında əldə etdiyimiz Zəfərin, eyni zamanda dövlətin və dövlətçiliyin inkişafı, qorunmasına yönəlik bütün sahələri əhatə edən strategiyaların son 20 il ərzində uğurla davam etdirildiyinin göstəricisidir.

Cəmil İbadullayev,
Lenkeran MRX-nin ACIL şöbəsinin həkim terapevti,
"Heydər Əliyev - 100" media medalı mükafatı laureatı
Вернуться назад