Türkiyədə güclü sel - Ölənlər var
8-09-2023, 10:06. Разместил: heqiqet İki gün öncə Türkiyədə baş verən güclü sel nəticəsində ölənlərin sayı 8-ə çatıb.
Bu barədə türk KİV-lərinə istinadən xəbər verilir.
Bildirilib ki, sentyabrın 5-də Kırklareli baş verən sel nəticəsində itkin düşmüş daha 4 nəfərin cəsədi tapılıb. Daha əvvəl Kırklarelidə 2 nəfərin öldüyü məlim olub.
İstanbul şəhərində baş verən sel nəticəsində isə 2 nəfər ölmüşdü.
Qeyd edək ki, şiddətli yağış səbəbindən rayonda dərələr daşıb, bəzi yollar bağlanıb. İtkin düşənlərin axtarışı davam edir.
Вернуться назад