DataLife Engine > sosial > Daxili işlər orqanları üçün kadr hazırlığı qaydası dəyişir

Daxili işlər orqanları üçün kadr hazırlığı qaydası dəyişir


14-09-2023, 13:11. Разместил: heqiqet Daxili işlər orqanları üçün kadr hazırlığı qaydası dəyişir.
Bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə dəyişiklik müzakirə edilib.
Əsasnaməyə əlavə edilən yeni fəsilə əsasən, daxili işlər orqanlarının orta, böyük və ali rəis heyəti vəzifələri üçün orta ixtisas və ali hüquq təhsilli kadrların hazırlanması, habelə daxili işlər orqanlarının əməkdaşlarının əlavə təhsili müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələri tərəfindən həyata keçirilir.
Müvafiq icra hakimiyyəti orqahının xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları (18 yaşına çatmayan kursantlar istisna olmaqla) və dinləyiciləri müvafiq təhsil proqramlarının tərkib hissəsi olaraq, ixtisas üzrə təcrübənin keçirilməsi məqsədilə daxili işlər orqanlarının üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsinə cəlb edilirlər.
Daxili işlər orqanlarının əməkdaşlannın müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələrində əlavə təhsilə cəlb edilməsi daxili işlər orqanlarının müvafiq ixtisaslı mütəxəssislərlə komplektləşdirmə ehtiyaclarının ödənilməsi məqsədilə həyata keçirilir.
Tam orta təhsil və ya orta ixtisas təhsili əsasında müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı ali təhsil müəssisəsinin ali təhsilin bakalavriat səviyyəsinin əyani təhsilalma formasına qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanılır. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul haqqında elanda həmin müqavilənin bağlanılmasının zəruriliyi barədə məlumat verilir. 18 yaşına çatmayan şəxslərlə müqavilə onların qanuni nümayəndələrinin - valideyninin, övladlığa götürənin və ya himayəçinin yazılı razılığı ilə bağlanılır. Bu şəxslərin təhsil müəssisəsinə qəbulu müqavilə bağlanıldıqdan sonra təhsil müəssisəsi rəhbərinin əmri ilə rəsmiləşdirilir.
Daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilədə bu Əsasnamənin 10-5-ci maddəsində qeyd edilən şəxslərin daxili işlər orqanlarına xidmətə könüllü daxil olması, təhsili başa vurduqdan sonra 7 (yeddi) il müddətində daxili işlər orqanlarında xidmət keçmək vəzifəsi, habelə təhsili basa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəməyən, yaxud həmin müddətdə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxan şəxslərin müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı ali təhsil müəssisəsində onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi nəzərdə tutulur.
Daxili işlər orqanlannda xidmət keçmə haqqında müqavilənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı ali təhsil müəssisəsində bakalavrların hazırlanmasına çəkilmiş xərclərin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı ali təhsil müəssisəsində bakalavrların hazırlanmasına çəkilmiş xərclər daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə ilə müəyyən edilmiş müddətdə könüllü ödənilmədikdə məhkəmə qaydasında tutulur.
Вернуться назад