Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
5-02-2024, 12:23. Разместил: heqiqet
Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, G2 kateqoriyalı yarışda 87 kiloqram çəki dərəcəsində mübarizə aparan Milad Beigi Harçeqani həlledici görüşdə uduzaraq ikinci yeri tutub.
Yığmanın digər üzvləri – kişilərdən Cavad Ağayev (74 kiloqram), qadınlardan isə Məryəm Məmmədova və Səmərrux Osmanova (hər ikisi 49 kiloqram) bürünc medalın sahibi olublar.
Qeyd edək ki, Azərbaycan turnirdə 11 taekvondoçu ilə təmsil olunub.
Вернуться назад